Qusarda "TikTok" videosu çəkən zaman yol qəzası baş verib, ölən var- YENİLƏNİB - VİDEO
sizinxeber.az xəbər saytı

Qusarda "TikTok" videosu çəkən zaman yol qəzası baş verib, ölən var- YENİLƏNİB - VİDEO


Qusarda ölümlə nəticələnən yol qəzasının təfərrüatı məlum olub.

Sizinxeber.az-nın şimal bürosu xəbər verir ki, 29 yaşlı rayon sakini Albert Xaspoladov "VAZ 2107" markalı avtomobili idarə edə-edə "TikTok" üçün video çəkən zaman qəza baş verib.

Avtomobil qəfil əks zolağa manevr etdiyindən 27 yaşlı Pərviz Eyvazovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə toqquşub. Nəticədə Albert Xaspoladov ağır xəsarətlər alıb və hadisə yerində ölüb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Cəfər Talıb

***

10.55

Qusarda yük maşını ilə minik avtomobili toqquşub.

Sizinxeber.az xəbər verir ki, hadisə Əcəxuroba kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Eyvazov Pərviz Şərif oğlunun idarə etdiyi "Ford Tranzit" markalı avtomobil ilə, “VAZ 2107” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ 2107”nin sürücüsü 1995-ci il təvəllüdlü Xaspoladov Albert Azik oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.

Oxşar xəbərlər

Qusarda sosial şəbəkə üçün video çəkən sürücü qəza törədərək ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda qəza baş verib, 2 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər