FHN: Bayram günlərində 501 yanğına çıxış olub, 53 nəfər xilas edilib - VİDEO
sizinxeber.az xəbər saytı

FHN: Bayram günlərində 501 yanğına çıxış olub, 53 nəfər xilas edilib - VİDEO


Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

FHN: Bayram günləri ərzində 28 nəfər xilas edilib
FHN: Bayram günlərində 28 nəfər xilas edilib, 10 nəfərin meyiti təhvil verilib
FHN: Ötən sutka 34 yanğına çıxış, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 25 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 54 yanğına çıxış olub, 2 nəfər xilas edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle