sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib
Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.
Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cəzaçəkmə müəssisəsinə konfetlərin içində "patı" keçirməyə cəhd olunub - FOTO
Təcridxanaya mobil telefonların keçirilməsinin qarşısı alınıb
Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmət və DİN əməliyyat keçirib, narkotik aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










