

Biləsuvarda qəzada xəsarət alanlardan birinin vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB
Bu gün saat 10:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (kişi cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBIB-dən məlumat verilib.
Bildirilib ki, 3 nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
"1962-ci il təvəlüdlü şəxsin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.
***
14.09
Biləsuvar rayonunda minik avtomobilləri toqquşub.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan “Vaz 2106” markalı minik avtomobili qarşıya çıxan eyni markalı minik avtomobilinə çırpılıb.
Qəzada Biləsuvar şəhər sakini, 63 yaşlı Bəylər Şirinov və rayonun Əmənkənd kənd sakinləri, 51 yaşlı Asif Buludov, 34 yaşlı Elməddin Buludov və 20 yaşlı Fərman Buludov müxtəlif dərəcəli xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Lənkəranda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - FOTO - YENİLƏNİB 1
Sumqayıtda minik maşını məişət tullantısı daşıyan avtomobillə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
