Tanınmış vəkil Adəm Məmmədov həbs edilib
sizinxeber.az xəbər saytı

Tanınmış vəkil Adəm Məmmədov həbs edilib


Tanınmış vəkil Adəm Məmmədov həbs edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə xüsusi ittihamçı Ceyhun Yusifovun  vəkili Asim Abbasov məlumat verib.

Bildirilib ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın hökmünə əsəsən, Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətə azadlıqdan məhrum edilib.

Eyni zamanda, Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədov da həmin maddələrlə təqsirli bilinərək barəsində 6 ay müddətə islah işləri cəzası verilib.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu il yanvarın 27-də keçirilən iclasında Adəm Məmmədovun fəaliyyəti 3 ay müddətə dayandırılması ilə bağlı qərar qəbul edilib.

Oxşar xəbərlər

Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir
“TikTok”da məşhurlaşan Adəm Mirzəyevin atası CƏZALANDIRILDI - VİDEO
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Məhkəmə vəkil Sümbülə Əliyeva ilə bağlı qərar verib
Dələduzluğa görə faəliyyəti dayandırılan vəkil həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər