Kəmaləddin Heydərov və Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib.
Bu barədə "Sizinxeber.az"un hadisə yerində olan müxbiri xəbər verir.
Qeyd edək ki, martın 5-də Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, polis əməkdaşları, təcili tibbi yardım briqadaları cəlb olunub.
Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün əraziyə yollanıb
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
ETSN-in mütəxəssisləri Neft Emalı Zavodunun ərazisindəki yanğın yerinə gedib - YENİLƏNİB-3
Kəmaləddin Heydərov Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğın yerinə gəlib
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb - VİDEO - FOTO - YENİLƏNİB
Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













