Ermənilər tərəfindən girov və əsir götürülən 170 azərbaycanlı işgəncələrlə öldürülüb
1988-2023-cü illərdə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq edilməklə 1 698 azərbaycanlı girov götürülüb.
"Report" xəbər verir ki, bu barədə hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində prokuror Fuad Musayev ittiham aktını elan edən zaman bildirilib.
O bildirib ki, əsir və girov götürülən 1284 dinc sakindən 122-i mülki sakin, əsir götürülmüş 414 nəfər isə hərbi qulluqçudan isə 48 nəfəri, ümumilikdə 170-i işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb:
"Qalan 1528 nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib".
Oxşar xəbərlər
Azərbaycanlı əsirlər işgəncələrə məruz qoyulub - Eldar Səmədov
Bu gün Beynəlxalq İtkinlər Günüdür
Əli Nağıyev: Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 3 979 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb
Azərbaycan və Ermənistan itkin düşmüş şəxslərin taleyi ilə bağlı fikir mübadiləsi aparıb
Xankəndidə dinc əhalinin böyük bir qrupu girov götürüldü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













