Gəncə, Şirvan və Mingəçevir regional mühafizə idarələrinə yeni rəislər təyin edilib
sizinxeber.az xəbər saytı

Gəncə, Şirvan və Mingəçevir regional mühafizə idarələrinə yeni rəislər təyin edilib


Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin üç regional mühafizə idarəsinə yeni rəislər təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Tovuz Regional Mühafizə İdarəsinin rəisi polkovnik Elçin Əsgərov Gəncə Regional Mühafizə İdarəsinə, Gəncə Regional Mühafizə İdarəsinin rəisi polkovnik Seymur Sadıqov Şirvan Regional Mühafizə İdarəsinə, Şirvan Regional Mühafizə İdarəsinin rəisi polkovnik Əfqan Hüseynov isə Mingəçevir Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

Tovuz Regional Mühafizə İdarəsinə isə təyinat olmayıb.

Oxşar xəbərlər

İki rayona Mühafizə İdarəsinin rəisi təyin edilib
Dövlət Xidmətinin Gəncə Regional İdarəsinə yeni rəis təyin olunub
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi işdən çıxarılıb
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub
Mədəniyyət Nazirliyində YENİ TƏYİNAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər