sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Araz çayının İmişlidən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb
Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovuna qarşı keçirdikləri tədbirlər zamanı Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədov saxlanılıb.
Həmin şəxsdən qanunsuz olaraq ovlanmış ümumilikdə 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb
Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb
Şabranda su anbarında balıq ovlayan 10 nəfər saxlanılıb
Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













