Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb olub - Təfərrüat
Sumqayıt şəhərində iki nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, Sumqayıt şəhərinin Sülh prospektində sürət yarışı keçirən 2004-cü il təvəllüdlü Elşad Məmmədov “Hyundai Elantra” markalı avtomobili ilə yolu keçən piyada 1960-cı il təvəllüdlü Yavər Mehdiyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Avtomobilin yol kənarına aşması nəticəsində nəqliyyat vasitəsində olan 2003-cü il təvəllüdlü İntiqam Paşayev də dünyasını dəyişib.
Sürücü Elşad Məmmədov, sərnişinlər - Təbriz Fərəcli və Ceyhun Əliyev Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdiriliblər.
Yarışda iştirak edən və 2002-ci il təvəllüdü Şahmar Etibar oğlu Abbaszadənin idarə etdiyi “Kia Cadenza” markalı maşın da yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində nəqliyyat vasitəsi yanıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb
Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
Ötən il avtomobilin vurduğu piyada bu gün xəstəxanada ölüb
Xızıda ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub - YENİLƏNİB-2
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 ölü, 3 yaralı - VİDEO - YENİLƏNİB 3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













