Cəlilabad rayonunda evdən meyit tapılıb
sizinxeber.az xəbər saytı

Cəlilabad rayonunda evdən meyit tapılıb


Cəlilabad rayonunda evdə meyit aşkar olunub.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayonunun Göytəpə şəhər sakini 1972-ci il təvəllüdlü Ağayev Aydın Hüseynağa oğlunun cansız bədəni qonşuları tərəfindən yaşadığı ünvanda tapılıb.

Məlumata görə o, evdə tək qalırmış. Onun 3 gün əvvəl öldüyü güman edilir.

Meyit müayinə olunması üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının morquna təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda 53 yaşlı kişinin meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər