Çağırışçıya xidmətə yararsız olması barədə hərbi bilet vəd olunması ilə bağlı cinayət işi açılıb
sizinxeber.az xəbər saytı

Çağırışçıya xidmətə yararsız olması barədə hərbi bilet vəd olunması ilə bağlı cinayət işi açılıb


Hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əsgərov Xəlil Ənvər oğlunun qanunsuz hərəkətləri barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Xəlil Əsgərovun SHXÇDX-nin Şəmkir rayon şöbəsində işləyən vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmək imkanına malik olduğunu bildirməklə hərbi xidmət üzrə çağırışçının xidmətə yararsız olması barədə hərbi biletlə təmin edilməsi, eləcə də həmin şəxsin ölkə hüdudlarını tərk etməsinin məhdudlaşdırılmaması müqabilində tələb etdiyi pul vəsaitinin 5 min 700 manatını qanunsuz olaraq almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Xəlil Əsgərov Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Oxşar xəbərlər

Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
4 il əvvəl Ağdamda itkin düşən qadın atası və ögey anası tərəfindən öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöl və Şabranda qanunsuz tikililər sökülüb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abşeron RİH-in sabiq əməkdaşının məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər