Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO
sizinxeber.az xəbər saytı

Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb - FOTO


Lənkəranda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili velosipedçi Girdəni kənd sakini 1981-ci il təvəllüdlü Murad Camal oğlu Quliyevi vurub. M.Quliyev ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılarkən yolda ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Lənkəranda iki minik avtomobili toqquşub, ər və arvad xəsarət alıb
Lənkəranda toya gedən qonaqlar qəzaya düşüb, xəsarət alanlar var - FOTO
Lənkəranda baş verən qəzada iki nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər