sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Abşeronda baş verən yanğında bir nəfər xəstəxanaya yerləşdirilib
24.02.2024-cü il tarixində saat 21:44 radələrində Abşeron rayonu Saray qəsəbəsində hündürmərtəbəli yaşayış binasında mənzillərin birində baş verən yanğın hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Dərhal hadisə yerinə 1 briqada cəlb olunub.
Mərkəzdən APA-ya bildirilib ki, hadisə zamanı yanıq xəsarətləri alan 2000-ci il təvəllüdlü şəxs (qadın) Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Ona üzün, hər iki saidin, əlin 2 və 3-cü dərəcəli termiki yanığı diaqnozları qoyulub. Zəruri ilkin tibbi yardım edildikdən sonra isə xəstə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Oxşar xəbərlər
Binəqədi rayonunda baş verən yanğında altı nəfər xəsarət alıb
Bakıda baş verən yanğında xəsarət halı qeydə alınmayıb
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
TƏBİB Bakıdakı yanğınla bağlı məlumat yaydı
Masallıda bazarda baş verən dəhşətli yanğın məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













