Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər və yaralananlar var - ADLAR - FOTO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Qubada minik avtomobili ağaca çırpılıb, ölənlər və yaralananlar var - ADLAR - FOTO - YENİLƏNİB-1


Quba-Xaçmaz yolunda baş verən ağır qəzada ölənlərin və yaralananların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Arif İmamquluyev və Elmar Məmmədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Sürücü Fərhad İbrahimov və sərnişinlər - Mustafa Əkbərov, Akif Qurbanovun vəziyyəti isə orta-ağırdır.

Onların müalicəsi Quba Rayon Mərkəzi Xəstəxanasında aparılır.

***

Saat 20:27

Qubada baş verən qəzəda iki nəfər ölüb.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsinin ağaca çırpılması nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Saat 19:06

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda baş verən qəzada piyada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ucarda qəza olub, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göygöldə iki maşın toqquşub, ölən və xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda iki yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər