Saxlanılan mütəşəkkil dəstənin üzvlərindən 31 kq marixuana aşkarlanıb
sizinxeber.az xəbər saytı

Saxlanılan mütəşəkkil dəstənin üzvlərindən 31 kq marixuana aşkarlanıb


DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən mütəşəkkil dəstənin üzvləri - Ceyhun Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, onlardan 31 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oxşar xəbərlər

İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb
Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO
DİN əməliyyat keçirib, 61 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
Narkotik satışına görə 3 nəfər həbs olunub, 38 kq marixuana və tiryək götürülüb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle