Qəbələ də avtomobil qəzası baş verib, 2 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Qəbələ də avtomobil qəzası baş verib, 2 nəfər yaralanıb


Qəbələ də avtomobil qəzası baş verib.

Sizinxeber.az-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Soltannuxa kənd ərazisində Əmili kənd istiqamətində baş verib.

İlkin məlumata əsasən VAZ 21015 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb, hadisə nəticəsində bir nəfər yüngül, digəri isə ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər