Qərb zonasındakı rus icmasının rəhbəri ölüb
sizinxeber.az xəbər saytı

Qərb zonasındakı rus icmasının rəhbəri ölüb


Qərb zonası üzrə rus icmasının sədri Valeri Misiroviç Kozin 78 yaşında vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, o, ağır xəstəlikdən əziyyət çəkirdi.

Bildirilib ki, V.Kozin 1946-cı il noyabrın 23-də Samux rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ukraynada xüsusi aviasiya məktəbinə qəbul olub. 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (indiki ADAU) mexanizasiya fakültəsini, 1990-cı ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. Daha sonra Leninqrad Mülki Aviasiya İnstitutunda aspirantura üzrə təhsil alıb.

Fəaliyyəti dövründə bir çox mükafatlara layiq görülüb. Belə ki, o Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Tərəqqi” , "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub. Əlavə olaraq, Rusiya Federasiyası tərəfindən I dərəcəli “Aleksandr Nevski” ordeni, “Şərəf və ləyaqət” ordeni, “Rusiyanın fəxri vətəndaşı” adı ilə də mükafatlandırılıb.

1998-ci ildən Gəncə və Qərb bölgəsi üzrə rus icmasının sədri vəzifəsində çalışıb.

Ailəli idi. 3 övladı, 6 nəvəsi var.

Oxşar xəbərlər

MM Aparatının sabiq rəhbəri II Fəxri xiyabanda dəfn olunacaq
Putin Polad Bülbüloğlunu "Aleksandr Nevski" ordeni ilə təltif edib
Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunacaq
Səfa Mirzəyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB
Şuşa fatehi Hikmət Mirzəyevin doğum günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər