Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
sizinxeber.az xəbər saytı

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb


Sentyabrın 17-də yerli vaxtla saat 15:19-da Lökbatanda palçıq vulkanı püskürüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, palçıq vulkanının püskürməsinin dərinliyi 3 kilometr olub.

Püskürmə 6 dəqiqə 20 saniyə davam edib. Püskürmənin ikinci fazası yerli vaxtla saat 16:09-da qeydə alnıb. Püskürmənin davamlığı 3 dəqiqə 34 saniyə olub. Püskürmə zamanı ayrılan seysmik enerji Е=0.4×10⁷ C təyin olunub.

Vulkan Xidmət Mərkəzinin doqquz seysmik stansiyası (vulkanətrafı) tərəfindən qeydə alınıb.

Oxşar xəbərlər

Lökbatanda vulkan püskürüb - FOTO
Havayda Kilauea vulkanı 50 il aradan sonra püskürməyə başlayıb
Kuril adalarında yerləşən Ebeko vulkanı yenidən püskürüb
Qubada zəlzələ qeydə alınıb
Kuril adalarında yerləşən Ebeko vulkanı püskürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər