Əli Nağıyev: Beynəlxalq terrorçuluqla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir
Beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsi vacibdir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Bakıda keçirilən təhlükəsizlik forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev deyib.
Xidmət rəisi qeyd edib ki, builki forumun COP29 ərəfəsində keçirilməsi təsadüfi olmayıb:
“Enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılması zəruridir”.
Oxşar xəbərlər
Bakıda növbəti təhlükəsizlik forumu keçirilib
Çin XİN başçısı BRİKS-ə üzv dövlətlərə çağırış edib
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
