DYP il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb
sizinxeber.az xəbər saytı

DYP il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücüləri mükafatlandırıb


Bu gün il ərzində yol hərəkəti qaydalarını pozmayan sürücülər Baş Dövlət Yol Polisi (DYP) tərəfindən mükafatlandırılıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Müayinə Mərkəzində keçirilən tədbirdə nümunəvi sürücü adı qazanan 37 nəfərə müxtəlif hədiyyələr təqdim edilib.

Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də iştirak edib və sürücülərə mükafatlar onlar tərəfindən təqdim olunub.

İl ərzində mütəmadi olaraq keçirilən tədbirdə məqsəd sürücüləri qayda pozmamağa təşviq və yollarda təhlükəsizliyi təmin etməkdir.

Oxşar xəbərlər

Texniki baxış mərkəzləri şənbə və bazar günləri də xidmət göstərir? - RƏSMİ AÇIQLAMA
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Hazırlıq keçməyən taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər
Azərbaycan Prezidenti BƏƏ-nin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edib
Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle