sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Göygöldə beş nəfər zəhərlənib, bir nəfər ölüb
Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölən var.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.
İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.
Nəticədə bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2022-ci ildə Göygöl rayonunda dörd qız saçlarında bit olması səbəbindən "Niastol" preparatını saçlarına vurduqları üçün zəhərlənmişdilər.
Oxşar xəbərlər
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 9 yaşlı uşaq ölüb
Göygöldə daha bir restoranda kütləvi zəhərlənmə olub
Göygöldə kütləvi zəhərlənmə olub - YENİLƏNİB
Göygöldə çayda boğularaq ölən qadının kimliyi məlum olub - YENİLƏNİB
Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













