Qubada ana və körpəsi doğuş zamanı ölüb TƏFƏRRÜAT - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qubada ana və körpəsi doğuş zamanı ölüb TƏFƏRRÜAT - YENİLƏNİB




21.08.2024-cü il tarixində 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.

Bu barədə BAKU.WS TƏBİB-dən bildirilib.

Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.

****13:02

Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.

Belə ki, doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı əməliyyat zamanı körpəsi ilə birlikdə ölüb.

Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qubada ana və körpəsi doğuş zamanı ölüb
Qubada ana və körpə doğuş zamanı ölüb
Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır
29 yaşlı Quba sakini intihar edib
Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər