Sumqayıtda avtomobil üç piyadanı vurub
sizinxeber.az xəbər saytı

Sumqayıtda avtomobil üç piyadanı vurub


Sumqayıtda 3 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə Zülfü Hacıyev küçəsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Əfəndi Nihat Aydın oğlu idarə etdiyi "Chevrolet" markalı avtomobillə piyadalar -1992-ci il təvəllüdlü Mirzəliyeva Günay Nazim qızını, 2013-cü il təvəllüdlü Mirzəliyeva Ayan Azər qızını və 2015-ci il təvəllüdlü Mirzəliyeva Solmaz Anar qızını vurub.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər