Naxçıvanda üç uşağa təcavüz etmiş manyak tutuldu
Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda üç azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş 1960-cı il təvəllüdlü Seyidağa Həşimov (ad və soyadlar şərtidir) həbs edilib.
BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, Şərur rayonunun kəndlərindən birinin sakini olan 64 yaşlı kişi Türkiyədən Azərbaycana qayıdarkən tutulub.
Araşdırmalar zamanı məlum olub ki, o, 2023-cü il ərzində işlətdiyi mağazada həmkəndliləri olan 2013, 2014 və 2016-cı il təvəllüdlü üç uşağa qarşı seksual xarakterli zorakılıq əməlləri törədib. Uşaqlar valideynlərinə bu barədə bildirdikdən sonra polisə müraciət edilib və cinayət işi açılıb. Bu zaman Türkiyəyə gedən Seyidağa ölkəyə qayıdarkən tutulub. Azyaşlılar bildiriblər ki, mağaza sahibi onlara şirniyyat və digər qida məhsulları verərək iyrənc hərəkətlər edib.
Avqustun 12-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində S.Həşimova hökm oxunub. O, Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oxşar xəbərlər
Bakıda 19 yaşlı oğlan iki qızı evinə aparıb təcavüz etdi - TƏFƏRRÜAT
“10 yaşlı uşağı görəndə ehtiras hissi yarandı” - Sumqayıtdakı təcavüzün TƏFƏRRÜATI
Bakıda “comfort” taksi çağıran qadının başına dəhşətli iş gəlib
Bakıda seksual manyak peyda olub - FOTO
14 yaşlı qızla münasibətdə olan şəxs həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
-
Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat
-
Əli Kərimlinin yeni mesajları yayıldı – Mətbuat Xidmətindən açıqlama












