Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb - YENİLƏNİB
Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb.
Sizinxeber.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində qeydə alınıb. 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğluna qızdırması olduğu üçün evdə iynə vurulub. Halı pisləşən uşaq xəstəxanaya çatdırılsa da, orada vəfat edib.
Bərdə rayon Mərkəzi xəstəxanasından bildirilib ki, 2020-ci il təvəllüdlü Bayramov Əli İsmayıl oğlu rayon mərkəzi xəstəxanasının acil şöbəsinə gətirilib.
Qeyd olunub ki, valideynləri yüksək temperaturla bağlı uşağa müəyyən dərmanlar verildiyini bildiriblər. Xəstəxanada aparılan müayinə zamanı uşaqda yüksək temperatur qeydə alınıb. Müalicənin xəstəxanada davam etdirilməsi barədə valideynlərə bildirilsə də, onlar bununla razılaşmayıblar və həkimin xəbəri olmadan uşağı evə aparıblar. Yenidən uşağın vəziyyəti pisləşdiyindən xəstəxanaya müraciət olunub. Həkimlər onu xilas edə bilməyiblər.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
***
Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, rayon sakini, 2020-ci il təvəllüdlü Əli Bayramov evdə olan zaman vurulan iynədən vəziyyəti pisləşib.
Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Bayramov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdədə qızdırmaya görə iynə vurulan 4 yaşlı uşaq ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə 4 yaşlı uşaq evdə vurulan iynədən ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İki yaşlı körpənin müəmmalı ÖLÜMÜ: "Həkimin tapşırığı ilə xadimə qızdırmasını ölçüb, iynə vurdu" - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda daha bir uşaq qızılcadan öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












