İki yaşlı körpənin müəmmalı ÖLÜMÜ: "Həkimin tapşırığı ilə xadimə qızdırmasını ölçüb, iynə vurdu" - VİDEO
Ağstafada İsmayılovlar ailəsi yeganə övladını itirib.
Sahil İsmayılovun iddiasına görə, iki yaşlı qızı Gülxar İsmayılzadənin ölməsinə səbəb həkim səhlənkarlığıdır:
"Uşaqda qıcolma başladı. Xəstəxanaya apararkən yolda ayıldı. Uşaq normal dedi, güldü, oynadı, həkimlər baxıb dedilər ki, daxili qızdırması var. Həkimin tapşırığı ilə xadimə qızdırmasını ölçdü, sonra da iynə vurdu. Hiss etdim ki, uşaq artıq yuxulayır. Həkim zəmanət verdi ki, uşağında heç nə yoxdur, evə get, sabah gələrsən".
Uşağın atası bildirib ki, ona övladının xəstəxanada qalmasına ehtiyac olmadığı deyilib:
"Uşağı evə aparıb, dərman almaq üçün rayona qayıtdım. Yoldaşım zəng etdi ki, özünü çatdır, uşaq yenə həmin vəziyyətdədir. Xəstəxanaya apardım, həmin həkimi tapa bilmədim, uşaq keçindi".
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Həcər Namazova isə valideynlərin uşağı həkimin razılığı olmadan evə apardıqlarını söyləyib:
"Uşaq xəstəxanaya daxil olarkən şikayətləri süstlük, qıcolmalar, halsızlıq olub. Bunu nəzərə alaraq ona həkimlər tərəfindən zəruri tibbi xidmətlər göstərilib və xəstə həkim nəzarətinə götürülüb".
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Eyvandan yıxılan uşaq saat yarım qan içində yerdə qalıb, təcili yardım gəlməyib - AÇIQLAMA + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Perinatal Mərkəzdə körpə ölümü: Can verənə qədər həkim xəstəxanaya getməyib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qızılca Azərbaycanda daha bir uşağın həyatına son qoydu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərə hər ay 105 manat veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












