İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var 
sizinxeber.az xəbər saytı

İmişlidə zəncirvari yol qəzası olub, xəsarət alanlar var 


İmişli rayonunda üç nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Göbəktala kəndində qeydə alınıb.

Belə ki, qəza zamanı "Mercedes", "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində iki nəfər - Elmdar Savalanov və Ədalət Əmrahov xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər