Hüseyn Abdullayev infarkt keçirib
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.
Məlumatı "Sizinxeber.az"a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.
Onun sözlərinə görə, keçmiş müvəkkili Hüseyn Abdullayevin səhhəti ilə bağlı ailəsi ona məlumat verib: "Ailəsindən bildirdilər ki, bir müddətdir Hüseyn Abdullayevin səhhətinə problemlər yaranıb. Hüseyn Abdullayev saxlanıldığı Bakı İstintaq Təcridxanasının müayinə mərkəzinə aparılıb və orada həkim qəbulundan keçib. Ona exokardiologiya olunması məsləhət görülüb".
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.
Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Sabiq deputat Hüseyn Abdullayev 5,5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilir
Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərilib
DTX tərəfindən həbs edilən generaldan XƏBƏR VAR
Hüseyn Abdullayev cinayət yolu ilə 5.5 milyon manatı leqallaşdırmaqda ittiham olunur, məhkəməsi başlayır
Cinayət yolu ilə 5.5 milyon manatı leqallaşdırmaqda təqsirləndirilən Hüseyn Abdullayevin cinayət işi məhkəməyə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













