Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb - FOTO
İşğaldan azad olunmuş ərazilərdə müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.
Bu barədə Sizinxeber.az-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
"Həyata keçirilən tədbirlərlə 27 iyul-2 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 60 avtomat silahı, 3 pulemyot, 21 tapança, 29 tüfəng, 125 qumbara, 1 qumbaraatan, 63 alışdırıcı, 48 mərmi, 91 süngü-bıçaq, 71 rabitə vasitəsi, 34 dron bombacığı, 190 partlayıcı, 9 trotil, 17 şaşka, 34 detonator, 27 gecəgörmə cihazı, 2 dron, 2 mina, 2 partlayıcı maddə, 2 kiloqram partlayıcı, 126 kiloqram barıt, 11 fişəng, 1 stasionar radiostansiya, 3 “MUV” partladıcısı, 1 səsgücləndirici, 1 səsboğucu, 1 müşahidə kamerası, 611 patron darağı, 75532 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisindən 2 ədəd qumbara, Şuşa rayonu ərazisindən 1 avtomat silahı, 7 ədəd qumbara, Xocavənd rayonu ərazisindən 6 avtomat silahı, 3 tüfəng, 36 qumbara, 6 pulemyot, 1 gecəgörmə cihazı, 1 nişangah, 5 süngü-bıçaq, 12 “UZRQM”, 25 patron darağı və 1175 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb"- deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: İşğaldan azad edilmiş ərazilərdən xeyli sayda silah-sursat aşkar edilərək götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdə 1 həftədə aşkar olunan silah-sursatın sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan silah-sursatların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan silah-sursatların sayı açıqlanıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













