Azad olunan ərazilərdə 1 həftədə aşkar olunan silah-sursatın sayı açıqlanıb
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-dən APA-ya verilən xəbərə görə, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 19-26 iyul tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 24 avtomat silahı, 1 pulemyot, 9 tüfəng, 28 qumbara, 29 alışdırıcı, 441 mərmi, 5 süngü-bıçaq, 93 patron darağı, 3118 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa rayonu ərazisindən 1 pulemyot, 50 qumbara, 7 partlayıcı, 3 mərmi və 320 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 8 avtomat, 3 tüfəng, 64 mərmi, 121 qumbara, 11 patron darağı, 2 alışdırıcı, 30 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu, 20 ədəd kapsul detonatoru, 3 şaşka, 57 ədəd barıt atımı, 1 ədəd mina detektoru, 1040 ədəd müxtəlif çaplı patron, Kəlbəcər rayonu ərazisindən isə 1 avtomat silahı, 3 ədəd patron darağı və 59 ədəd patron aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Xankəndidə xeyli silah-sursat tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndi şəhərində xeyli silah-sursat tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN: Azad edilmiş ərazilərdə bu il 955 mina, 1405 PHS aşkarlanıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə xeyli silah-sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə 5 ədəd sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












