Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib
sizinxeber.az xəbər saytı

Özbəkistana məxsus təyyarə Bakıya təcili eniş edib


İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən "Report"a bildirilib ki, hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan sonra özünün razılığı ilə sərnişin təyinat məntəqəsinə doğru yoluna davam edib.

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.

Oxşar xəbərlər

İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib
İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır
Bakı metrosunda stansiya yoluna düşən kişi xəsarət alıb
Yaponiyada iki F-35 təcili eniş edib
Heydər Əliyev Beynəlxalq Aeroportu 36 milyondan çox sərnişinə xidmət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər