Ələkbər Yasamallının evinin qarət edilməsi ilə bağlı
Meyxanaçı Ələkbər Yasamallının evinin qarət edilməsi, özünün isə hədələnməsi ilə bağlı məlumat vermişdik.
Sizinxeber.az xəbər verir ki, tannmış meyxanaçı ətrafında baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) müraciət etdik.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı Sizinxeber.az-in sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Quliyev Ələkbər Akif oğlununun müraciəti ilə bağlı ərazi üzrə müvafiq Polis İdarəsində araşdırma aparılır:
"Vətəndaşı narahat edən halların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi təmin olunacaqdır".
***18:04
Meyxanaçı Ələkbər Yasamallının evini talayıblar.
Bu barədə "Qaynarinfo"ya onun özü məlumat verib.
Meyxanaçı bildirib ki, onun evinə gecə vaxtı bir dəstə adam daxil olub və bütün əşyalarını aparıblar:
"45 yaşım var, bundan sonra mənə torpağın üstü deyil, altı maraqlıdır. Burada söhbət konkret cinayət əməlindən gedir. 2005-ci ildə tikdiyim evin qarşısı yola açılır. Alverçi olmadığımdan həmin sahə ilə maraqlanmamışam. İndi bir dəstə adam gəlib mənə həmin ərazi üçün külli miqdarda pul təklif edib. Razı olmadım. Dedim ki, burada bir neçə adamın haqqı var, gedin onlarla razılaşın. Heç kəs razılaşmadı. Gördülər ki, razı olmadıq, zora əl atdılar. Evimi talayıblar, içərisində nə varsa, aparıblar. Hadisənin video görüntüləri var".
Meyxanaçı evinin talanmasında qazi Mirmövsüm Eynalovu ittiham edib:
"Məhəlləni əlimizdən alıb meyvə dükanı açmaq istəyirlər. Evin ustasını, gözətçisini hədələyirlər. Elə vəzifəli adamların adlarını çəkirlər ki, adamı vahimə basır. Mirmövsüm Eynalov hər gün gəlir, evdən çıxmağımızı tələb edir. Deyirəm ki, sən mənim evimdə meyvə satmaq istəyirsən, amma sənin əlin-qolun var. Şəhid balası torpağın altındadır. Sən onun torpağına əl qoyursan. Onun ailəsinin öz evində yaşaması daha çox onun haqqıdır. Gəl nə tikirsənsə tik, heç olmasa şəhidin balasının haqqını ver".
Ələkbər Yasamallı artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduğunu qeyd edib:
"Məni qorxudur. Deyir ki, birbaşa yuxarıya çıxışım var. Eynalov qazidir, Şamaxıdandır, dediyinə görə, zavodu var, amma mənim bir tikəmi də əlimdən almaq istəyir. Onların evimə vurduğu ziyanın çəkilişləri var, hamısını hüquq-mühafizə orqanlarına təqdim etdim".
Sizinxeber.az
Oxşar xəbərlər
Ələkbər Yasamallının evi qarət edildi: Özü isə... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda tanınmış meyxanaçı vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda bibisinin evini qarət etməyə hazırlaşan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vəkil: Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan iki gün sonra axtarışa verib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













