Sumqayıtda şəhidin əmisini qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sumqayıtda vəzifəli şəxsi qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sizinxeber.az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Samir Məmmədov təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib.
Belə ki, 2003-cü il təvəllüdlü M.Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib. M.Kazımov saxlanılaraq istintaqa təhvil verilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.
Xatırladaq ki, qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırb. O, şəhid Vüsal Allahverdiyevin əmisidir.
Oxşar xəbərlər
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov son söz deyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












