Bloger-jurnalist İlhami Nəsibov həbs edilib
sizinxeber.az xəbər saytı

Bloger-jurnalist İlhami Nəsibov həbs edilib


Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov polis əməkdaşları tərəfindən tutulub.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər.

Oxşar xəbərlər

Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb
Hədə-qorxu ilə pul tələb edən sayt rəhbəri tutulub
Sosial şəbəkədə vətəndaşı şantaj edən şəxs həbs edilib
Sosial şəbəkədə vətəndaşdan şantajla 20 min manata yaxın pul tələb edən şəxs həbs edilib
Vətəndaşları şantaj etməkdə şübhəli bilinən sayt rəhbərləri həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər