Bakıda 18 yaşlı gənci cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB
Bakıda 18 yaşlı oğlanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.
Bu barədə "Sizinxeber.az"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda 18 yaşlı gənci elektrik cərəyanı vurub.
"Sizinxeber.az"un əldə etdiyi xəbərə görə, hadisə Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin həyətində qeydə alınıb.
Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Elmir Bəhruz oğlu Qəhrəmanov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Həmin təhsil müəssisəsindən isə "Sizinxeber.az"a bildirilib ki, iyulun 29-da saat 20:40 radələrində məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub: "Məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib. Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".
Oxşar xəbərlər
Bakıda məktəbin həyətində 18 yaşlı gənci cərəyan vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda orta məktəbin həyətində 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda orta məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
245 saylı məktəbin yaxınlığında elektrik cərəyanı vuran gəncin məktəbin şagirdi olmadığı müəyyən olub - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












