Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə “Sizinxeber.az”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4 000 manatdan artıq ziyan vurduğu müəyyən edilib.
Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb
Ucarda lotereya biletləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Rabitə dirəklərindən dəyəri 10 min manatlıq kabel oğurlanıb - FOTO
Abşeronda evdən 130 min dollar oğurlamaqda şübhəli bilinən Çin vətəndaşları saxlanılıb
İllər öncə quldurluq edən şəxslər saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













