Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb


Ağcabədidə rabitə kabellərini oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə şəhər ərazisindəki rabitə kabellərinin oğurlanması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törədən yetkinlik yaşına çatmayan N.X. saxlanılıb. Onun şəhər ərazisindəki iki küçədən 367 metr uzunluğunda rabitə kabelini oğurlayaraq 4000 manatdan artıq ziyan vurduğu müəyyən edilib. Oğurlanmış kabellərin bir qismi maddi sübut kimi aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Aaraşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Ağcabədidə rabitə kabellərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda kənd sakini avtomobil qaçırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
On min manatlıq oğurluq edən şəxslər tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər