Daşkəsəndə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Daşkəsən rayonunun Bayan kəndində baş vermiş ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşması nəticəsində mikroavtobusun sürücüsü, 1985-ci il təvəllüdlü R.Verdiyev, həmçinin 1998-ci il təvəllüdlü E.Səttarzadə, 1967-ci il təvəllüdlü F.Allahverdiyev, 1993-cü il təvəllüdlü S.Məmmədov, 1989-cu il təvəllüdlü S.Kazımov, 1983-cü il təvəllüldü N.Qurbanov, 1985-ci il təvəllüldü A.Məmmədov, 1974-cü il təvəllüdlü V.Əliyev, 1991-ci il təvəllüdlü E.Vəliyev, 1987-ci il təvvəllüdlü R.Əhmədov, 1980-ci il təvəllüdlü, K.Nipalıyeva, 1970-ci il təvəllüdlü A.Səfərov, 2011-ci il təvəllüdlü X.İsmayılova və 1966-cı il təvəllüdlü T.Pirqurban xəsarət alıblar.
Mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra su kanalına düşüb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər nəqliyyat vasitəsi "Toyota Corolla" markalı avtomobil olub. Avtomobilin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayevə məxsus olduğu bildirilir.
Daşkəsən rayonunun Bayan kəndində şirkətlərdən birinə məxsus mikroavtobus aşıb, xəsarət alanlar var.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobus minik avtomobili ilə toqquşduqdan sonra idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, mikroavtobus rayon ərazisində fəaliyyət göstərən şirkətlərdən birinə məxsusdur.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda Səfərbərlik Xidmətinin bölmə rəisi qəzaya düşdü: Çox sayda yaralı var - ADLAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşkəsəndə baş vermiş qəza zamanı xəsarət alanların kimliyi müəyyən olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda minik avtomobili traktorla toqquşub, xəsarət alanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəlilabadda yol qəzasında xəsarət alanların sayı artıb - YENİLƏNİB- 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












