Kürdəmir rayonunda iri tonnajlı yük avtomobili kanala aşıb  - VİDEO
sizinxeber.az xəbər saytı

Kürdəmir rayonunda iri tonnajlı yük avtomobili kanala aşıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Sorsor kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “DAF” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı su kanalına aşması nəticəsində qəza hadisəsi baş verib və yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Mirzəyev Yasin Şəfaqət oğlunu xüsusi vasitələrin köməyi ilə xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər

İmişlidə yol qəzasında avtomobildə sıxılı vəziyyətdə qalmış vətəndaş xilas edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Füzulidə yük avtomobili maneəyə çırpılıb, ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda avtomobil ağaca çırpılıb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Binəqədidə inzibati binada yanğınla bağlı məlumat yayıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər