Ağdərədə 46 yaşlı kişi mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdərədə 46 yaşlı kişi mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT - YENİLƏNİB


Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində iyulun 10-da mina hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

Məlumata əsasən, 1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

09:16

Ağdərədə 46 yaşlı kişi minaya düşüb.

"Report"un Qarabağ bürosunun xəbərinə görə, Şıxarx sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otararkən minaya düşüb.

Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər

Ağdərədə mina partlayıb, xəsarət alan var - YENİLƏNİB
Ağdərədə 46 yaşlı kişi mal-qara otaran zaman minaya düşüb
Ağdam sakini minaya düşüb
Qarabağda daha bir nəfər minaya düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər