Bakıda çimərlikdə 27 yaşlı kişini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda çimərlikdə 27 yaşlı Adil Talıbovu qətlə yetirməkdə təqsirləndirilən Mətləb Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.
Növbəti prosesi iyulun 21-nə təyin olunub.
Rəsmi məlumata görə, ötən il iyunun 19-da Bakının Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovu 1999-cu il təvəllüdlü Mətləb Süleymanlı rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə qətlə yetirib.
Mətləb Süleymanlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Oxşar xəbərlər
75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən keçmiş məhkumun məhkəməsi başlayıb
Bakıda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Əhməd Əhmədovun məhkəməsi təxirə salınıb
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












