Ağcabədidə son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.
Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Yevlax sakinindən altı kiloqram marixuana aşkar olunub
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb
Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb
Ağdam sakini narkotik bitkinin kultivasiyasına görə saxlanılıb
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













