DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alanlar yoxdur
sizinxeber.az xəbər saytı

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alanlar yoxdur


Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.

Bu barədə “Sizinxeber.az”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirib.

“Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür. İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – məlumatda bildirilib.

Oxşar xəbərlər

Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-2
Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb, polis əməkdaşları cəlb olunub - YENİLƏNİB
Bakıda yaşayış binası yanır -YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər