Gəncədə iki nəfər qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
in
2025
14:50
0
0
1 173

Gəncədə iki nəfər qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

21 in, 2025
14:50
1 173

Gəncədə iki nəfər qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB

Gəncədə baş verən zəhərlənmə hadisəsi barədə mediada yayımlanan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti qurumlarla birgə araşdırmalar aparır.

Sizinxeber.az xəbər verir ki, bu barədə AQTA-nın açıqlamasında deyilir.

"İlkin müayinə nəticəsində həmin şəxslərə dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu qoyulub. Agentliyin mütəxəssisləri tərəfindən müvafiq nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir", məlumatda bildirilib.

Gülcahan Məmmədova

***

20 iyun, 23.56

Gəncə şəhərində zəhərlənmə hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

1981-ci il təvəllüdlü Zaur Cəfərov və 1990-cı il təvəllüdlü Qədir Kazımov qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, zəhərlənməyə qəbul etdikləri qida səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

T'ƏBIB-dən Sizinxeber.az-ya bildirilib ki, iyunun 20-də saat 22:10 radələrində 2 nəfər (kişi cinsli) dəqiqləşdirilməmiş qastroenteritlər və kolitlər diaqnozu ilə Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Bizimlə əlaqə saxlayın