Bako Sahakyan Aprel döyüşləri ilə bağlı istintaq komissiyasının Ermənistanda yaradılmasının səbəbini açıqlayıb
İyunun 20-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində tədqiq olunan sənədə əsasən, təqsirləndirilən şəxs Bako Sahakyan Aprel döyüşləri ilə bağlı vaxtilə Ermənistan Milli Assambleyasında yaradılmış istintaq komissiyasının iclasında iştirak etməyə razılıq verib.
"Report" xəbər ki, məhkəmədə prokurorun sualını cavablandıran təqsirləndirilən şəxs məlumatı təsdiqləyib. O bildirib ki, Aprel döyüşlərindən sonra Ermənistanda istintaq komissiyası yaradılıb. Komissiyasın sədri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan olub: “Bu komissiyanın iclasında müxtəlif suallara hərbçilər və qeyri-hərbçilər cavab veriblər. O komissiya mənə təklif göndərdi. Çünki onlar məni komissiyanın iclasında iştiraka məcbur edə bilməzdilər”.
Təqsirləndirilən şəxs istintaq komissiyasının suallarını əhatəli şəkildə cavablandırdığını bildirib.
B.Sahakyan Azərbaycan ərazilərində baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının niyə Ermənistanda təşkil olunmasının səbəbini belə izah edib: “İstintaq komissiyasının Ermənistan Milli Assambleyasında yaradılması normal idi. Çünki söhbət Ermənistan silahlı qüvvələrinin keçirdiyi əməliyyatdan gedirdi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 21-də davam etdiriləcək.


width="220" alt="Sahakyan Azərbaycanda baş vermiş döyüşlərlə bağlı istintaq komissiyasının Ermənistanda təşkil olunmasının səbəbini açıqlayıb" />
width="220" alt="Bako Sahakyan Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib" />
width="220" alt="Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb" />
width="220" alt="Levon Mnatsakanyan Aprel döyüşləri zamanı Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqlayıb" />
width="220" alt="Levon Mnatsakanyan: Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />