Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub
sizinxeber.az xəbər saytı

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin rüşvət almaqda təqsirləndirilən sabiq müdiri Sadiq Salmanov, həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Rəşad Mahmudov və Mərkəzin sabiq direktor müavini İlqar Davudovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Sadiq Salmanov 9 il, Rəşad Mahmudov 8 il 6 ay, İlqar Davudov 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sadiq Salmanov və Rəşad Mahmudov ötən ilin noyabr ayında saxlanılıb. İlqar Davudov isə istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Sadiq Salmanov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddələri, digər iki şəxs isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ittiham edilib.

Oxşar xəbərlər

Rüşvət almaqda təqsirləndirilən sabiq ETSN əməkdaşları azadlığa buraxılıb
MN-in sabiq idarə rəisi və bölmə müdirinə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Səfərbərlik Xidmətinin baş zabitinə hökm oxunub
MN-nin iki milyon manatdan çox mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsinə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər