Əlikram Bayramovun bir aydan çoxdur axtarılan qardaşı oğlu tapılıb
Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.
APA-nın əldə etdiyi məlumata görə, mayın əvvəlindən barəsində itkin kimi axtarış elan olunan 1990-cı il təvəllüdlü Rahib Bayramov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tapılıb.
Bu barədə həmin şəxsin ailəsi məlumatlandırılıb.
Qeyd edək ki, itkin kimi axtarılan Rahib Bayramovun müğənni Əlikram Bayramovun qardaşı oğlu olduğu bildirilib.
Onun itkin düşməsi barədə ARB kanalında yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib. Onun atası Qafar Bayramov verilişə müraciət edərək bildirib ki, oğlu mayın 8-də Biləsuvar rayonundan Bakıya gəlib və bundan sonra ondan xəbər almayıblar.
Oxşar xəbərlər
Lerikdə itkin kimi axtarılan 35 yaşlı kişinin meyiti tapılıb - YENİLƏNİB
Bakıda 7 ay əvvəl dənizdə batdığı ehtimal edilən şəxs sağ tapılıb
Bakıda itkin kimi axtarılan 64 yaşlı qadın tapılıb - YENİLƏNİB
Bakıda itkin düşən 13 yaşlı oğlan tapılıb - YENİLƏNİB
İki ay əvvəl itkin düşən Qəbələ rayon sakini və övladı tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











