Mərakeşli nümayəndə: Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır
sizinxeber.az xəbər saytı

Mərakeşli nümayəndə: Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır


Qərbdə islamofobiyanın geniş yayılması cahillikdən qaynaqlanır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdouidi Cavad (Kerdoudi Javad) Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransı zamanı panel müzakirəsində deyib.

Mərakeş təmsilçisi islamofobiyanın qarşısının alınması üçün bir neçə fikir irəli sürüb:

"Müsəlman dünyasında dinin önəmi hər zaman vurğulanır. Eyni zamanda, İslam dini tolerantlığı yaymağın tərəfdarıdır. Amma bəzi Qərb ölkələri bundan xəbərsizdir. Biz özümüz maariflənməli, daha sonra isə İslam dini barədə həqiqətləri onlara çatdırmalıyıq.

Dini təhsili də əhəmiyyətli hesab edirəm. İslam barədə doğru proqramlar hazırlanmalıdır. Qadınların dini strukturlarda rolunun artırılması da zəruridir. İmam vəzifəsini daşıyan şəxslər də diqqət mərkəzində saxlanılmalıdır".

Oxşar xəbərlər

ICESCO nümayəndəsi: Bəzi Qərb ölkələrində İslam və "Qurani-Kərim" haqqında məlumatsızlıq var
Bakıda “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans keçirilir
Bob Roberts: ABŞ-də müsəlmanlara qarşı fikirlər çox da müsbət deyil
Xaled Akaşe: Bakıda islamofobiya konfransı müsəlmanların üzləşdiyi problemlərə diqqət çəkir
İlham Əliyev: Bir sıra ölkələrdə islamofobiyanın yayılması təşviq edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər