Zəvvar Ağamusa Musayev: Həcc ziyarəti Allahın insana dəvətidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2025
09:00

Zəvvar Ağamusa Musayev: Həcc ziyarəti Allahın insana dəvətidir

25 may, 2025
09:00
617

Zəvvar Ağamusa Musayev: Həcc ziyarəti Allahın insana dəvətidir

Həcc ziyarəti Allahın insana dəvətidir.

Bunu “Sizinxeber.az”a açıqlamasında bu gün Həcc ziyarətinə yollanan zəvvar Ağamusa Musayev deyib.

O, qeyd edib ki, Həcc ziyarətinə getmək dindarlar üçün vacibdir: “Allah bu yolu getməyi hər kəsə nəsib eləsin. Başda ata-anam olmaqla bütün müsəlmanlara Həcc ziyarəti arzulayıram. Xalqımız üçün əmin-amanlıq, sakitlik arzulayıram. Çünki dünyada iki ən böyük nemət var – can sağlığı və əmin-amanlıq. Bunlar insanın əlindən çıxan onların qədrini bilər. Allah ölkəmizi, Ordumuzu qorusun. İnşallah, Həcc ziyarətini hər il təntənəli təşkil etmək bizə bundan sonra da nəsib olsun. Həcc ziyarəti İslamda vacib əməldir”.

Bizimlə əlaqə saxlayın